Xəzər Xəbər

Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO

Hadisə | 12:11 • 28 Mart 2020
Dustaqların təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb -

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən məlumata görə,Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Savalanov Nicat Vilayət oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 1,250 qram psixotrop maddə "metamfetamin” və 0,047 qram narkotik vasitə "heroin” aşkar edilərək götürülüb.

Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Talıbov Elnur Qaçay oğlu 2 saylı İstintaq təcridxanasına qəbul edilərkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman 2,457 qram psixotrop maddə "metamfetamin” aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti