Xəzər Xəbər

Bakıda avtomobildən 3 min manatlıq qızıl oğurlanıb

Hadisə | 12:26 • 25 Mart 2020
Bakıda avtomobildən 3 min manatlıq qızıl oğurlanıb

Martın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov 2018-ci ilin martın 10-da rayon ərazisində "Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər lenti