Xəzər Xəbər

Quba-Xaçmaz yolunda qəza, maşın iki hissəyə ayrıldı

Hadisə | 16:29 • 21 Mart 2020
Quba-Xaçmaz yolunda qəza, maşın iki hissəyə ayrıldı

Quba-Xaçmaz yolunun 7-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.

Quba sakini Elman Rzayevin idarə etdiyi "VAZ 21 06” markalı avtomobillə Sumqayıt sakininin idarə etdiyi "Naz Lifan” markalı 50 DB 355 dövlət nömrə nişanlı maşın toqquşub. Nəticədə,"VAZ 21 06” markalı avtomobil iki hissəyə ayrılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin və Təcili Tibbi Yardımın əməkdaşları gəlib.

Xəbər lenti