Xəzər Xəbər

Bakıda dezinfeksiya tədbirləri gücləndirildi FOTO

Hadisə | 13:18 • 21 Mart 2020
Bakıda dezinfeksiya tədbirləri gücləndirildi

Paytaxtda təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər daha dagücləndirilib.

XəzərXəbər-in məlumatına görə, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz işlər davam etdirilir.

Bakıda bu xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə paytaxtın kommunal xidmətlərinin kollektivləri xüsusi gücləndirilmiş iş rejiminə keçərək, Nazirlər Kabineti yanında operativ qərargahın sərəncam və tövsiyələrinə uyğun dezinfeksiya tədbirlərinin həyata keçirilməsini davam etdirirlər.

Kommunal xidmətlər tərəfindən yaşayış ərazilərində görülən işlərlə yanaşı, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindənictimai iaşə və ticarət mərkəzlərində,bazarlarda, mollarda müvafiq işlər aparılır, əlavə qabaqlayıcı və maarifləndirici tədbirlər görülür.

Bununla əlaqədar, xüsusi yaradılmış monitorinq qrupları mütəmadi olaraq paytaxt rayonlarında çatışmazlıqların, pozuntuların müəyyən edilməsi məqsədilə monitorinqlər aparır və onların aradan qaldırılması ilə bağlı təcili tədbirlər həyata keçirir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar