Xəzər Xəbər

Bakıda itkin düşmüş 5 nəfər tapılıb

Hadisə | 09:38 • 21 Fevral 2020
Bakıda itkin düşmüş 5 nəfər tapılıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də 52 cinayətin üstü açılıb.


Bakı şəhər Baş Polis İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.


Narkotiklərlə əlaqəli 10, quldurluq üzrə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 9, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 14 faktın açılması tədbirlərlə təmin olunub.


Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kimi axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Xəbər lenti