Xəzər Xəbər

Xəzər rayonunda doqquz evdən oğurluq edilib

Hadisə | 18:19 • 15 Fevral 2020
Xəzər rayonunda doqquz evdən oğurluq edilib

Paytaxtın Xəzər və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda doqquz evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.


Binəqədi rayonu ərazisində dönərxanaların birindən 800 manat və dönər aparatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.


Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər lenti