Xəzər Xəbər

Soyğunçuluqla məşğul olan dəstə üzvləri saxlanılıb

Hadisə | 15:41 • 18 Yanvar 2020
Soyğunçuluqla məşğul olan dəstə üzvləri saxlanılıb

Binəqədi rayonu ərazisində yetkinlik yaşına çatmayan şəxsə qarşı soyğunçuluq edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, zərərçəkənin valideyni metronun "Azadlıq” stansiyasının yaxınlığında övladının 780 manatlıq "Samsung” markalı mobil telefonunun üç nəfər tərəfindən soyğunçuluq yolu ilə əlindən alındığı barədə məlumat verib.


Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb. Soyğunçuluq edən, əvvəllər məhkum olunmuş Tərtər rayon sakini Kamran Mirzəzadə və onunla birlikdə həmin cinayətdə iştirak edən, yetkinlik yaşına çatmayan daha iki şəxs bölmə əməkdaşlarının "isti izlər”lə keçirdikləri tədbir nəticəsində tutulublar. Saxlanılan şəxslərin hər biri törətdikləri cinayəti etiraf ediblər. Dəstə üzvləri əldə etdikləri mobil telefonu hadisədən sonra satdıqlarını bildiriblər.


Faktla bağlı 5-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Dəstə üzvlərinin, xüsusən Kamran Mirzəzadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.

Xəbər lenti