Xəzər Xəbər

Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub - AÇIQLAMA

Hadisə | 19:28 • 14 Dekabr 2019
Yanğın olan əraziyə 17 yanğınsöndürən maşın cəlb olunub -

"3-cü mikrorayon bazarı"nda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin 17 yanğınsöndürən maşını cəlb olunub. Yanğın bazarın bir hissəsini əhatə edib”.


APA-nın xəbərinə görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.


Onun sözlərinə görə, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır.


Hadisə yerinə 5 təcili yardım maşını cəlb olunub, xəsarət alan yoxdur.



Xəbər lenti