Xəzər Xəbər

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb

Hadisə | 09:21 • 29 Noyabr 2019
Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanıb.


Hadisə Pirəkəşkül qəsəbəsində yerləşən Avropa kafesində qeydə alınıb.


Abşeron rayon sakini, 1984-cü il təvəllüdlü Orxan Gərayov şəxsi münasibətlər zəmində 1981-ci il təvəllüdü Kamran Xəlilovu "Makarov" tipli tapança ilə güllələyib.


K. Xəlilov xəstəxanaya çatdırılsa da, orada ölüb.


Faktla bağlı Abşeron rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. (APA)

Xəbər lenti