Xəzər Xəbər

Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb, saxlanılan var

Hadisə | 14:11 • 28 Noyabr 2019
Bakıda evdən 10 min manatlıq qızıl oğurlanıb, saxlanılan var

Bakıda ev qarət edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İxtiyarlı saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar