Xəzər Xəbər

Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb - FOTO

Hadisə | 15:31 • 22 Noyabr 2019
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb -

Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib. Binəqədi RPİ-nin 7-ci polis bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.


Faktla bağlı 7-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin istintaq şöbəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Xəbər lenti