Xəzər Xəbər

Bakı-Qazax yolunda evakuatorla "KamAZ" toqquşdu Sürücü ağır xəsarət aldı

Hadisə | 09:30 • 19 Noyabr 2019
Bakı-Qazax yolunda evakuatorla "KamAZ" toqquşdu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində "Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

XəzərXəbər nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti