Xəzər Xəbər

Bütün gecəni mobil telefonla oynayan qız kor oldu

Hadisə | 15:50 • 15 Noyabr 2019
Bütün gecəni mobil telefonla oynayan qız kor oldu

Çinin Şençjen şəhərinin sakini smartfondan çox istifadə etməsi səbəbindənsol gözündə görmə qabiliyyətini itirib.

Bütün gecəni mobil telefondan istifadə edən qız səhər yuxudan ayılandan beşdəqiqə sonra sol gözünün görmə qabiliyyətinin itməsini müşahidə edib.

Xəstəxanaya müraciət edəndən sonra məlum olub ki, qızın sol gözündə qan laxtalanması baş verib və nəticədə, xəstə görmə qabiliyyətini itirib.

Həkimlər bildirib ki, gözün fiziki yüklənməsi nəticəsində qan damarlarının yırtılması baş verib.

Əməliyyata qəbul edilən xəstənin gözündə kiçik dəlik açılaraq artıq qanın çıxmasına şərait yaradılıb. Xəstəni görmə qabiliyyətinin tam bərpa olunduğu qeyd olunur./oxu.az

Xəbər lenti