Xəzər Xəbər

Paytaxtda avtoservisdən avtomobil qaçırılıb

Hadisə | 21:59 • 6 Noyabr 2019
Paytaxtda avtoservisdən avtomobil qaçırılıb

Noyabrın 5-də saat 3 radələrində paytaxtın Nizami rayonu ərazisindəki avtoservislərin birindən qaçırılan, Bakı şəhər sakini A.Xəlilova məxsus "Mercedes” markalı avtomobil Xəzər rayonunun Binə qəsəbəsi ərazisində işıq dirəyinə vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, həmin avtoservisdə usta işləyən Ə.Əliyev Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti