Xəzər Xəbər

Fermada yanğın: Minlərlə dovşan yanaraq öldü

Hadisə | 12:43 • 6 Noyabr 2019
Fermada yanğın:

Saratov vilayətində bir dovşan fermasında baş verən yanğında təxminən 10 min dovşan yanaraq ölüb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional şöbəsi məlumat yayıb.

Hadisə Engels rayonunun Qolubyevka kəndində baş verib. Birmərtəbəli bina yanıb, yanğın 05:25-də söndürülüb.

"Təxminən 10 min dovşan təəssüf ki, öldü”, – deyə FHN-nin nümayəndəsi bildirib.

Yanğında insanların zərər görmədiyi də açıqlanıb.

Qeyd edək ki, sentyabrın sonunda Rusiyanın Novosibirsk vilayətindəki heyvandarlıq fermasına baş verən yanğın nəticəsində 154 buzov tələf olmuşdu./teleqraf

Xəbər lenti