Ötən gün Azərbaycanda baş verən yol qəzalarında 4 nəfər həyatını itirib.
XəzərXəbər xəbər verir ki, dünən respublika yollarında baş verən və ölümlə nəticələnən hadisələrin hamısı piyadaların vurulması halları ilə bağlı olub.
Belə ki, Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında, eləcə də Xaçmaz və Hacıqabulda avtomobilin altında qalan şəxslər vəfat edib.
Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.