Xəzər Xəbər

Bakı metrosunda qatar boşaldıldı

Hadisə | 11:36 • 22 Oktyabr 2019
Bakı metrosunda qatar boşaldıldı

Bu gün Bakı metrosunun "28 May” stansiyasında sərnişinlər qatardan boşaldılıb.

Bu qatarlardan birində yaranan texniki problemlə bağlı olub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a bildirib ki, son günlərdə metrodan istifadə edən sərnişinlərin sayında ciddi artım müşahidə edilir: "Bu gün səhər saatlarında "İçəri Şəhər”-"Həzi Aslanov” istiqamətində hərəkət edən qatar "Sahil” stansiyasından çıxarkən maşinist problem hiss edib, bu səbəbdən də qatar "28 May” stansiyasında dayanıb. Qatar "28 May” stansiyasında dayanıb. Sərnişinlərin təhlükəsizliyini nəzərə alaraq qatar boşaldılıb və texniki baxış üçün depoya göndərilib. Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bu isə qrafikə təsir etməyib. Hazırda metropolitenin stansiyalarında qatarların hərəkəti intervala uyğun davam edir”./report/

Xəbər lenti