Xəzər Xəbər

Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı: ÖLƏNLƏR VAR

Hadisə | 13:27 • 10 Oktyabr 2019
Bakı-Quba yolunda minik avtomobili yük maşınlarının arasında qaldı:

Bakı-Quba yolunda ağır yol qəzası baş verib.


XəzərXəbər APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində (Xızı rayonu ərazisindən keçən hissəsində) qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub.


Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti