Xəzər Xəbər

Oğurluq etdiyinə görə tutulmuş şəxsin avtomobil qaçırması da müəyyənləşib

Hadisə | 15:10 • 5 Oktyabr 2019
Oğurluq etdiyinə görə tutulmuş şəxsin avtomobil qaçırması da müəyyənləşib

Oğurluq etdiyinə görə tutulmuş C.Əliyevin digər cinayət əməlləri törətdiyi də müəyyən edilib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, C.Əliyevin əməlləri barədə Baş Cinayət-Axtarış İdarəsinin, Gəncə Şəhər Baş Polis İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun S.Həsənova məxsus "VAZ-2107” markalı avtomobili qaçırması da müəyyənləşdirilib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti