Xəzər Xəbər

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Hadisə | 11:07 • 21 Sentyabr 2019
İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə sahəsində əməliyyat-axtarış və qoşun tədbirləri davam etdirilir.


DSX-dan xezerxeber.az-a verilən məluma görə, bu ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində və "Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi planlaşdırılan 1 kq 265 qram "tiryək”, 156 qram "heroin” və 107 qram "metamfitamin” narkotik vasitə aşkarlanaraq götürülüb. Faktlar üzrə cinayət işləri başlanılıb, təqsirləndirilən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları 1981-ci il təvəllüdlü Rzayev Bəhruz Şaird oğlu və 1981-ci il təvəllüdlü Rzayeva Pərvanə Əli qızı barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir.


Sentyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 1 nəfər naməlum şəxsin mühəndis çəpərinin üzərindən 4 ədəd bağlamanı atması və digər şəxsin bu bağlamanı götürərək ərazidən uzaqlaşması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadı dövlət sərhədini pozaraq bağlamanı atmış şəxsi təqib edərək İran İslam Respublikası vətəndaşı, 1975-ci il təvəllüdlü Fərşad Sərhəngi Əliabbas oğlunu sərhəd pozucusu qismində saxlanılıb.


Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində bağlamanı götürüb ərazidən uzaqlaşan şəxsin Azərbaycan Respublikasının vətəndaşı 1961-ci il təvəllüdlü Hüseynov Dilavər İsgəndər oğlu olması müəyyənləşdirilib və o, şübəhəli şəxs qismində saxlanılıb. Dindirmə zamanı D.Hüseynov götürdüyü bağlamanı Astara şəhər sakini 1970-ci il təvəllüdlü Əliyeva Bahar Əsgər qızının evində gizlətdiyini bildirilib. B.Əliyevanın evinə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumi çəkisi 2 kq 245 qr olan "heroin” narkotik vasitə aşkarlanaq götürülüb.


Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti