Xəzər Xəbər

Kürdəmirdə ağır qəza: 7 nəfər yaralandı

Hadisə | 11:53 • 12 Sentyabr 2019
Kürdəmirdə ağır qəza:

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçə hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına düşüb. Qəza zamanı 7 nəfərin xəsarət aldığı bildirlir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb./report

Xəbər lenti