Xəzər Xəbər

Bakıda 15 min manatlıq qızıl oğurlandı

Hadisə | 11:27 • 12 Sentyabr 2019
Bakıda 15 min manatlıq qızıl oğurlandı

Bakının Sabunçu rayonunda oğurluq olub.

XəzərXəbər xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

12-cu polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə ittiham olunan M.Bayramov həbs edilib.

Ondan narkotik vasitə aşkar olub.

Məlum olub ki, M.Bayramov rayon ərazisində "BMW” markalı avtomobildən 700 manat oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti