Xəzər Xəbər

Gecə saatlarında bıçaqla basqın edib quşları apardılar - AZƏRBAYCANDA

Hadisə | 13:03 • 10 Sentyabr 2019
Gecə saatlarında bıçaqla basqın edib

Xırdalanda quldurluq etmiş şəxslər tutulub.

XəzərXəbər xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini R.Əhmədov sentyabrın 5-də gecə saatlarında həyətinə girmiş 2 nəfərin onu bıçaqla hədələyərək göyərçinlərini apardığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş O.Piriyev və M.Adilov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti