Xəzər Xəbər

Bakıda sərxoş kişi faciəvi şəkildə öldü

Hadisə | 09:41 • 9 Sentyabr 2019
Bakıda sərxoş kişi faciəvi şəkildə öldü

28 avqust tarixində yıxılaraq ağır xəsarətlər alan Bakıxanov qəsəbə sakini Həsənov Toğrul bu gecə müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə ölüb.

Həkimlərin səylərinə baxmayaraq, ağır vəziyyətdə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən 43 yaşlı xəstə dünyasını dəyişib.

Qeyd edək ki, Həsənov Toğrul içkili vəziyyətdə yıxılaraq ağır xəsarətlər alıb. O, öncə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alıb. Lakin həkimlərin müayinəsindən sonra ona kəllə-beyin travması qoyulub və müalicəsini davam etdirmək üçün Travmatologiya şöbəsinə yerləşdirilmişdi.(Report)

Xəbər lenti