Xəzər Xəbər

İranda avtobus aşdı - Yaralananlar var

Hadisə | 15:29 • 8 Sentyabr 2019
İranda avtobus aşdı - Yaralananlar var

İranın şimal-şərqində Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu ərazisində avtobus yoldan çıxaraq aşıb.

Bunu İranın Rəzəvi Xorasanı vilayətinin Bəcestan rayonu qubernatorunun müavini Hüseyn Əsədi deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb. Qubernator müavini qeyd edib ki, 45 sərnişini olan avtobus Qayin rayonundan Tehrana hərəkət edirmiş.

H.Əsədi əlavə edib ki, yaralılar Bəcestan rayonunun xəstəxanasına yerləşdiriliblər./teleqraf

Rubrikanın digər xəbərləri

Xəbər lenti