Xəzər Xəbər

Abşeronda tapançadan havaya atəş açan şəxs tutulub

Hadisə | 12:27 • 20 Avqust 2019
Abşeronda tapançadan havaya atəş açan şəxs tutulub

Abşeronda silahlı insident olub.


Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.


Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Əbdülkərmov saxlanılıb və ondan 1 ədəd "Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.


Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti