Xəzər Xəbər

Sumqayıt sakini Qaradağda "Vaz"ı aşırdı, arvadı öldü

Hadisə | 15:53 • 14 Avqust 2019
Sumqayıt sakini Qaradağda "Vaz"ı aşırdı, arvadı öldü

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi "VAZ-21099” markalı avtomobili aşıb.


Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.


Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti