Xəzər Xəbər

Müşfiqdə avtomobil aşıb, ölən və yaralananlar var

Hadisə | 10:14 • 14 Avqust 2019
Müşfiqdə avtomobil aşıb, ölən və yaralananlar var

Müşfiq qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


İçərisində 5 nəfərin olduğu minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.


Xəsarət alanlar - 1948-ci il təvəllüdlü Abdullayeva Zenfira Tarix qızı və onun nəvəsi, 2005-ci il təvəllüdlü Həsənova Rəqsanə Fəzail qızı Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı araşdırmalar aparılır. (APA)

Xəbər lenti