Xəzər Xəbər

Bakıda qaçırılan nəqliyyat vasitəsi Şabran rayonunda tapılıb

Hadisə | 18:20 • 23 İyul 2019
Bakıda qaçırılan nəqliyyat vasitəsi Şabran rayonunda tapılıb

"102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini A.Ağayev iyulun 19-na keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsindən "Renault” markalı avtomobilinin qaçırıldığını bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Ağayev Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi, Şabran Rayon Polis Şöbəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonunun ərazisində avtomobillə birgə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti