Xəzər Xəbər

Dənizdə batmış 19 yaşlı oğlanın meyiti tapılıb

Hadisə | 15:56 • 22 İyul 2019
Dənizdə batmış 19 yaşlı oğlanın meyiti tapılıb

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.


Xezerxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Xəbər lenti