Xəzər Xəbər

Sumqayıt sakini ehtiyatsızlıq nəticəsində ölüb

Hadisə | 11:32 • 22 İyul 2019
Sumqayıt sakini ehtiyatsızlıq nəticəsində ölüb

Sumqayıt sakini ehtiyatsızlıq nəticəsində ölüb.


Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü Mustafayev Rəşid İsa oğlu ötən axşam evində araq əvəzinə səhvən sirkə içib.


Vəziyyəti ağırlaşan R. Mustafayev əvvəlcə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına, oradan isə Bakıya xəstəxanalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti