Xəzər Xəbər

Bakıda avtomobil oğrusu tutulub

Hadisə | 13:23 • 10 İyul 2019
Bakıda avtomobil oğrusu tutulub

Bakıda avtomobil oğrusu tutulub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E. Əsgərova məxsus "VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət daxil olub.


Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Ağazadə saxlanılıb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti