Xəzər Xəbər

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Hadisə | 13:43 • 9 İyul 2019
Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z. Bünyadov prospektində Bakı şəhər sakini E. Əmrəliyev idarə etdiyi "Toyota” markalı avtomobillə yolu keçən Püstə Cəfərovanı vurub.


Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti