Xəzər Xəbər

Aeroport ərazisində qəza - Yük maşını terminal binasına ziyan vurdu - FOTO

Hadisə | 13:59 • 9 İyul 2019
Aeroport ərazisində qəza - Yük maşını terminal binasına ziyan vurdu -

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib.


Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib.


İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib.


Hazırda binaya vurulan ziyanın dəyəri qiymətləndirilir. (Trend)

Xəbər lenti