Xəzər Xəbər

10 milyon kredit götürüb azərbaycanlı sevgilisi ilə qaçdı

Hadisə | 15:23 • 27 İyun 2019
10 milyon kredit götürüb azərbaycanlı sevgilisi ilə qaçdı
Türkiyənin Aydın vilayətinin Germencik qəsəbəsində süd və süd məhsullarının satışı ilə məşğul olan, evli və 3 uşaq atası İbrahim B. bir müddət sonra biznesini daha da genişləndirmək məqsədilə bankdan kredit götürüb 50 hektar ərazidə ferma qurub.

"Qafqazinfo”nun "Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, 37 yaşlı kişi daha sonra müxtəlif peşə sahələri ilə məşğul olan 250 nəfərlə ortaq iş birliyinə girərək onların adına 10 milyon lirə məbləğində kredit götürüb.

Bir müddət sonra bütün təsərrüfatını (ferma, 200 başdan çox iri buynuzlu inəklər, torpaq sahəsi) satıb. İddiaya görə, o, E. N adlı azərbaycanlı sevgilisi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ bölgəsinə qaçıb.

Sözügedən şəxsin tələsinə düşən həmvətənləri ondan prokurorluğa şikayət ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti