Xəzər Xəbər

Bakıda qadın sürücü dəhşətli qəza törətdi: ÖLƏN VƏ YARALANANLAR VAR

Hadisə | 17:05 • 24 İyun 2019
Bakıda qadın sürücü dəhşətli qəza törətdi:

Bakının mərkəzində qadın sürücü ağır yol qəzası törədib.

XəzərXəbər xəbər verir ki, iyunun 22-də saat 11 radələrində Səbail rayonunun Z.Əliyeva küçəsində Şəmkir rayon sakini S.Əsgərova idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Avtomobildəki sərnişinlərdən Bakı şəhər sakini Könül Abbaslı xəstəxanaya aparılarkən yolda ölmüş, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti