Xəzər Xəbər

Bakının mərkəzində GÜCLÜ YANĞIN

Hadisə | 16:00 • 16 İyun 2019
Bakının mərkəzində GÜCLÜ YANĞIN

Bu gün saat 14:30 radələrində Bakı şəhər Səbail rayonu ərazisində yanğın olub.

Mərkəzi Klinik Xəstəxananın qarşısında, yamacdakı ağaclığı alov bürüyüb.

Hadisə vaxtı 3500-4000 kvadrat metrlik ərazidə quru ot və kol-kos yanıb. Yanğın ərazidəki çoxillik ağaclara da zərər vurub. Artıq əraziyə cəlb edilmiş yanğınsöndürmə briqadaları tərəfindən yanğın söndürülüb.

Hadisənin hansı səbbədən baş verdiyi hələlik məlum deyil.

Xəbər lenti