Xəzər Xəbər

Bakıda 29 yaşlı gəlin itkin düşdü

Hadisə | 12:06 • 13 İyun 2019
Bakıda 29 yaşlı gəlin itkin düşdü

Bakıda daha bir qadın itkin düşüb.


XəzərXəbər trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.


Nəsimi rayonu, Azadlıq prospekti ev 56, mənzil 20-də yaşayan Bağırov Araz Rasim oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bağırova Ellada Cahangir qızı iyunun 9-da evdən çıxıb və bir daha geri qayıtmayıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti