Xəzər Xəbər

Bərdədə ŞOK: təcili yardımın qadın həkimləri döyüldü və...

Hadisə | 11:18 • 12 İyun 2019
Bərdədə ŞOK:

Bərdə rayonunda Təcili Tibbi Yardım Stansiyasının çağırışa çıxan həkimləri və "təcili yardım" avtomobilinin sürcüsü döyülüb.

Hadisə rayonun Qaradəmirçi kəndində baş verib.

Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Adil Cəlali bildirib ki, bu gün səhər saatlarında stansiyasının həkimləri Rəfiqə Abdullayeva , Təranə Qasımova və "təcili yardım" avtomobilinin sürücüsü Zaur İbrahimov çağırış yerinə çatan kimi döyülüblər: "Ünvana çatan həkim briqadasına şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə hücum edib. Hadisə zamanı hər iki qadın həkim və sürcü xəsarət alıblar. Bundan başqa "təcili yadım" avtomobilinin şüşələri qırılaraq yarasız hala salınıb".

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

Xəbər lenti