Xəzər Xəbər

Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü

Hadisə | 11:02 • 25 May 2019
Abşeronda tikinti meydançasında krandan qırılan tros fəhləni öldürdü

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb. Hadisə Abşeron rayonunun Məhəmmədi kəndi ərazisində qeydə alınıb.


Belə ki, yaşayış komplekslərindən birində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.


Nəticədə, fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır. (Report)

Rubrikanın digər xəbərləri

Xəbər lenti