Bakıda quldurluq hadisəsi baş verib.
Xezerxeber.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 24-də Lənkəran rayon sakini olan qadını döyərək quldurluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən Cəlilabad rayon sakini E.Babayev saxlanılıb.
Tutulan şəxsin ətrafında araşdırmalar aparılır.