Xəzər Xəbər

Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb

Gündəm | 12:29 • 26 Yanvar 2021
Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbçisi şəhid olub, 143 nəfər yaralanıb

"Vətən müharibəsi dövründə mühəndis qoşunlarının 27 hərbi qulluqçusu döyüş əməliyyatlarında şəhid olub".


Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Füzulidə jurnalistlərə açıqlamasında Mühəndis Qoşunları idarə rəisinin müavini polkovnik Ceyhun Cəfərov deyib.


O bildirib ki, döyüşlər zamanı mühəndis qoşunlarının 143 hərbi qulluqçusu yaralanıb: "Hərbi qulluqçularımızın göstərdiyi peşəkarlıq Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətə, o cümlədən döyüş meydanında vəzifə borcunun layiqincə yerinə yetirdiyinə görə mühəndis qoşunlarının 30 nəfərdən çox hərbi qulluqçusu ordenlə, 400-dən çox hərbi qulluqçusu isə müxtəlif medallarla təltif edilib".


Polkovnik C. Cəfərov Müdafiə naziri tərəfindən 300 nəfərdən çox hərbi qulluqçusunun da medalla təltif edildiyini vurğulayıb.

Xəbər lenti