Xəzər Xəbər

"Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə addımlar atmaq niyyətindəyik"

Gündəm | 15:57 • 17 Yanvar 2021
"Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə addımlar atmaq niyyətindəyik"

Türk Şurası hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bununla əlaqədar müvafiq qətnamələr, qərarlar də qəbul edilib.


Xezerxeber.az xəbər verir ki, bu sözləri Ermənistan tərəfindən yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibinin müavini Qismət Gözəlov deyib.


O bildirib ki, TDƏŞ hər zaman beynəlxalq müstəvidə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İkinci Qarabağ müharibəsində də Türk Şurası Azərbaycan xalqının, dövlətinin yanında olub. Baş katibin Gəncəyə də səfəri olmuşdu. O zaman da Baş katib Gəncədə ermənilərin törətdiyi vəhşiliklə bağlı bəyanat vermişdi. Müharibədən sonra buraya gəlməkdə məqsədimiz odur ki, erməni vəhşiliyini bir daha bütün dünyaya göstərək. Tarixi irsimizin bərpası ilə bağlı Azərbaycanla birgə müvafiq addımlar atmaq niyyətindəyik. Həmçinin işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı, intevstisiyaların təşviqi, mədəni abidələrimizin bərpası ilə əlaqədar işlər görmək istəyirik”.

Xəbər lenti