Xəzər Xəbər

TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”

Gündəm | 13:14 • 17 Yanvar 2021
TÜRKSOY-un baş katibi: “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır”

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndələri Ağdam şəhərində Cümə Məscidində olduqdan sonra, Ağdam Dram Teatrının qalıqları ilə də tanış olublar.


Xezerxeber.az-ın məlumata görə, qonarlar Ağdam Çörək muzeyinə də baş çəkib.


TÜRKSOY-un baş katibi Düsen Kaseinov jurnalistlərə açıqlamasında arzu etdiyini bildirib ki, Ağdamda türk mədəniyyətinin dağıdılan qədim abidələri bərpa olunsun: "Əsrlər boyu Azərbaycan xalqının və türk xalqlarının yaratdığı sivilizasiyanın burada necə ölməyini gördükdə hiss edilən duyğuları çatdırmaq çətindir. Mən əvvəlcə də Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevə təbrik məktubu göndərmişdim. O zaman da bildirmişdim ki, işğal dövründə dağıdılmış bütün tarixi və mədəni irsimizin qısa zaman ərzində bərpa ediləcəyinə inanıram. İndi də onu arzulayıram. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının nümayəndələri də mədəni irsimizin qısa zaman ərzində bərpa edilməsində öz dəstəyini göstərəcək. Burada baş verən vəhşilik yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşıdır”.


Bundan sonra qonaqlar Füzuli rayonuna səfər edəcəklər.

Xəbər lenti