Xəzər Xəbər

Akif Qurbanov: Əlavə tədbirlərə ehtiyac var

Gündəm | 14:58 • 2 Dekabr 2020
Akif Qurbanov:

"Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”.


Bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.


O bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir: "Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir”.


Ramil

Xəbər lenti