Xəzər Xəbər

BDU qovulan tələbə haqqında yeni qərar verildi - RƏSMİ

Gündəm | 17:25 • 1 Dekabr 2020
BDU qovulan tələbə haqqında yeni qərar verildi -

"BDU-nin rektorunun müvafiq əmri ilə yaradılan komissiyanın 30 noyabr 2020-cil tarixli iclası zamanı Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla Məhəmmədov Pərviz Əlipənah oğlu haqqında verilmiş əvvəlki əmrə yenidən baxılmış, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb”.


Bunu Xezerxeber.az-a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.


"Komissiya öz qərarında Pərviz Məhəmmədov dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq dərs prosesinə mane olmması, fənn müəllimlərinə, fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etməsi bildirilib. Edilən xəbərdarlıqlara baxmayaraq Məhəmmədov Pərviz Əlipənah oğlu 23 noyabr 2020-ci il tarixində onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozaraq Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər etmişdir. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə tələbə universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra tələbə ərizə ilə BDU rektoruna müraciət edərək, etdiyi səhvlərdən peşman olduğunu və bağışlanmasını xahiş edib. O, dövlət bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edirək, bu hərəkətlərindən peşman olduğunu, bütün müəllimlərindən, universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib O, bundan sonra Universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə yanaşacağına, dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş etmişdir.


Komissiya məsələni yenidən araşdıraraq tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olmasını və 18 yaşına çatmamasını, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitininin yaratdığı çətinlikləri, onlayn tədris prosesinin xüsusiyyətlərini və s. nəzərə alaraq onun universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış etmişdir. Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıb. Şura üzvləri komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab etmişdir”, - deyə qurum rəsmisi bildirib.


Sevinc Yasinqızı


Xəbər lenti