Xəzər Xəbər

Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışlayıb

Gündəm | 15:23 • 23 Noyabr 2020
Avropa Şurasının Baş katibi atəşkəs razılaşmasını alqışlayıb

Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən xezerxeber.az-a verilən məlumata görə, AŞ Baş katibi məktuba cavabında 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.

Xəbər lenti