Xəzər Xəbər

Beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar

Gündəm | 11:50 • 22 Noyabr 2020
 Beynəlxalq təşkilatların rəhbərləri işğaldan azad edilmiş Füzuli rayonundadırlar

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlarln rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur".

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter"dəki səhifəsində yazıb.

Hikmət Hacıyev qeyd edib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir.

Xəbər lenti