Xəzər Xəbər

Prezident İlham Əliyev: Bəyanatın müddəaları uğurla həyata keçirilir

Gündəm | 17:43 • 21 Noyabr 2020
Prezident İlham Əliyev:

"Sizi Azərbaycanda salamlamağa şadam. Sergey Kujuqetoviç, sizinlə 3 ay bundan əvvəl görüşmüşük. O vaxt siz Ordu Oyunları ilə əlaqədar Azərbaycana gəlmişdiniz. Bu gün biz Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik".


Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.


"Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir", - dövlət başçısı əlavə edib.

Xəbər lenti