Xəzər Xəbər

General: Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir

Gündəm | 16:12 • 19 Oktyabr 2020
 General: Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir

"Hazırda cəbhə boyu ərazilərdə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır”.


Xezerxeber.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.


O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib: "Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.


Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan H. Mahmudov qeyd edib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir.

Xəbər lenti